×

“Xəyallar sorağı”- tezliklə

“Xəyallar sorağı”- tezliklə

Türkiyə və Azərbaycanda onlarla sevilən əsəri ilə könüllərə taxt quran Səkinə Bilalova yeni əsərləri ilə dinləyicilərini sevindirməyə davam edir. Göyçay şəhərində anadan olan Səkinənin bəstələdiyi mahnıların sözləri özünə məxsussluğu ilə seçilir. “Əsgər gedirəm” adlı hərbi mahnısı dillər əzbəri olmaqla yanaşı könülləri də fəth edib.

Səkinə Bilalovanın yaradıcılığı bununla məhdudlaşmır. Əsas yaradıcılıq sahələrindən biri də şeir yazmaqdır. “Xəyallarım” adlı şeiri ən son yazdığı şeir olsa da, sanki əsrlərdən günümüzə gələn əsər kimi oxucuların yaddaşına həkk olunub. Bu şeirdə xəyalların insanın həyatında necə mühüm bir rol oynadığını vurgulayır. Bu şeiri oxuduqca anlayırsan ki, xəyalın gücü ümidin, xoşbəxtliyin qaynağıdır. Səkinə Bilalova bu şeirində insanın təhtəlşüuruna enməyi bacarıb. Bu şeiri oxuduqca həkim Joe Dispenzanın “Təhtəlşüurun gücü” kitabı gözümün önündə canlandı. Orda da insanları xəyal etməyə çağırırdı. Çünki xəyal etdiyiniz hər şey gec ya tez reallaşır. Ona görə xəyallarınıza fikir verin. Gözəl xəyallar qurun. Səkinə Bilalovada öz şeirində insanlara bunu aşılayır. Bu şeirin fəlsəfəsinə enəndə görürük ki, Səkinə Bilalova təkcə musiqiçi, bəstəkar, şair yox həmdə psixoloqdur. Bu şeir içində ümidləri ölən hər insana ümid toxumları səpməyə xidmət edir. İnsan nə vaxt ölür? Xəyalları öləndə. Əziz oxucular düşüncələriniz qarışıbsa, ümidləriniz ölübsə mütləq bu şeiri oxuyun. Bu şeir sizə doğru yolu göstərəcək.

Hal-hazırda “Xəyallar sorağı” adlı kitabı üzərində çalışır. Tezliklə oxucuları üçün əlçatan olacaq.

1 comment

comments user
Nefes

Gözəl👏🏻 xeyirli olsun🙏🏻🥰

Post Comment