“Sekine Bilalovanın Yeni Lirik Şeiri: ‘Qəmli Şairə’ ilə Duyğuların Səfəri”
Sekine Bilalovanın yeni lirik şeiri olan “Qəmli Şairə“, insan qəlbindəki dərin acıları, təkliyi və həyatın qarşısında aciz qalan hissləri ustalıqla ifadə edir. Şeir, qəmli və tənhalıq dolu gecələrdən, qəlbin yaralarından və insanın hisslərini anlamağa çalışarkən yaşadığı ziddiyyətlərdən bəhs edir. Bu əsər, Bilalovanın özünəməxsus yazı tərzində, duyğuların incə və düşündürücü şəkildə ifadə olunması ilə fərqlənir.
Şeirdə qəlbin yaralarını sağaltmağa çalışan, lakin həyatın çətinliklərinə məğlub olan bir insanın hekayəsi canlanır. Gecələrə sığınan qəmli düşüncələr və viran qalmış küçələrdə sürüklənən qəlb, oxucunu dərin mənəvi bir səyahətə aparır. Bilalovanın bu şeiri, qəlb yaralarını və həyatın ziddiyyətlərini təsvir edən bir əsər kimi oxucuların qəlbində dərin iz buraxacaq.
Şeir mətni:
“Qəmli Şairə”
Vurub ürəyimə, neçə yerdən yara açan,
Gecə-gündüz qəm içində xəyallara ümid saçan.
Qorxa-qorxa sürüklənib viran qalmış küçələrdə,
Kül olaram, doğularam, deyib odun üstə qaçan.
Güvəndirmi bir insanın əlin qolun qırıb tökən,
İnamdırımı hissə-hissə duyğuları önə çəkən.
İnanddırım var gücüylə bu köksümdən qəlbi sökən,
Var gəl edir düşüncələr, düzələcək axı həçan?
Zalım həyat çox yoruldum möhürlənən dərtlərimdən,
Çiyinlərin gücü çatmır, ağır düşən yüklərimdən.
Kövrək qəlbim baş açmayır, bu dünyanın sirrlərindən,
Təbib gəzsəm, dərtlər olur, mənə yalnız qucaq açan.
Gəzinirəm gecə-gündüz tenha qalan küçələrdə,
Artıq bezib məni yalqız, qəmli görən gecələrdə.
Nədir qəlbimi incidib virani tarimar edir,
Həzin-həzin mehə dönər, duyğularım sətirlərdə.
Qəmli bir şairə kimi qalaram, mən könüllərdə…
Bilalovanın “Qəmli Şairə”si, şairənin yaralı qəlbinin sətirlərə tökülməsi ilə dərin bir emosional əsərə çevrilir və oxucuları bu duyğularla baş-başa qoyur.
Post Comment